1 may 2010 18:55
Karvan Premyer Liqanı rəsmən tərk etdi
“Unibank” Premyer Liqasının 30-cu turundan sonra çempionatın ilk uğursuzunun adı vaxtından əvvəl məlum olub. Azerisport.az xəbər verir ki, bu gün Olimpik-Şüvəlana evdə 0:1 hesabı ilə məğlub olan Karvan yüksək liqada yerini qorumaq üçün nəzəri şanslarını belə itirib. Sona iki tur qalmış Yevlax klubunu xilasedici 10-cu yerdən 11 xal ayırır.
