1 may 2010 19:50

İnter əla imkanı əldən buraxdı (YENİLƏNDİ)

“Unibank” Premyer Liqasının yubiley – 30-cu turunun bütün görüşləri eyni gündə keçirilir. Azerisport.az xəbər verir ki, ən tez başlanan qarşılaşmalar arasında Böyük oyun da var.

 

 

 

 

 

“Unibank” Premyer Liqası, 30-cu tur     

NEFTÇİ – XƏZƏR LƏNKƏRAN 0:0
Matç başlandı.
Birinci hissə başa çatdı. Hər iki komandanın ifasında ilk yarıda cansıxıcı oyun izlədik. Faktiki olaraq, yalnız bir qol imkanı yarandı. Onu da Adrian Nyaqa boşa verdi. Hələ Böyük oyun öz adını doğrultmur. Fasilə.
İkinci hissə başlandı.
Böyük oyundan daha çox şey yazmaq istərdik. Amma təəssüflər olsun ki, Bakıxanovdan qol səsi çıxmayıb. Tərəflər hərəyə bir dəfə fərqlənməyə yaxın olsalar da, Neftçidən Cavid Hüseynov, XL-dən isə Allan Lalin real imkanı əldə buraxıblar.
Matç başa çatdı. Bu mövsüm 4-cü Böyük oyun da qolsuz yekunlaşdı.
 
KARVAN – OLİMPİK ŞÜVƏLAN 0:1
Matç başlandı.
Fasilə.
İkinci hissə başlandı.
Fasilədən dərhal sonra qonaqlar fərqlənib. Qol 49-cu dəqiqədə İlqar Qurbanovun aktivindədir.
Matç başa çatdı. Yunis Hüseynovun komandası Premyer Liqada qalmaq şanslarını nəzəri cəhətdən də itirdi.
 
SİMURQ – TURAN 2:1
Matç başlandı.
Oyunun 38-ci dəqiqəsində Rasim Ramaldanov həm Simurqun heyətində, həm də karyerasında ilk qolu vurub.
Fasilə.
İkinci hissə başlandı.
Fasilədə apardığımız dəqiqləşmədən sonra qolu Vladimir Qolbanın vurduğu məlum olub.
Qonaqlar 67-ci dəqiqə hesabı bərabərləşdirməyə müvəffəq olublar. Elnur Məmmədov fərqlənib.
Simurq qələbəni əldən vermək istəmir. 79-cu dəqiqədə Elşən Məmmədov komandasını yenidən hesabda önə çıxarıb.
Matç başa çatdı.
 
STANDARD – MUĞAN 0:2
Matç başlandı.
Oyunun 30-cu dəqiqəsində günün ilk qolu vurulub. Kabba salyanlıları hesabda önə keçirib. Bu hesab Karvanı I diviziona göndərir.
Fasilə. 
İkinci hissə başlandı.
49-cu dəqiqədə qonaqların futbolçusu Tural Axundovun qolu artıq bütün məsələlərə aydınlıq gətirib. Matçın sonuna qədər Standard 2 top vurmasa, Sumqayıt klubu Karvanla birgə Premyer Liqanı tərk etmək təhlükəsi ilə üz-üzə qalacaq.
Matç başa çatdı. Muğandan 5 xal geri düşən Standardın qalan iki turda bu fərqi aradan qaldırmaq şansları cüzidir.
 
QƏBƏLƏ – BAKI 1:0
Matç başlandı.
Fasilə.
İkinci hissə başlandı.
Nəhayət, ilk "altılıq"dan qol səsi çıxdı. 73-cü dəqiqədə Paulniyo Tavareş meydan sahiblərini hesabda önə çıxarıb.
Matç başa çatdı. Qəbələdən məğlubiyyətlə dönən Bakı çempionluq şanslarını böyük ölçüdə itirdi.
 
İNTER – QARABAĞ 0:1
Matç başlandı.
Fasilə. İnterlə Qarabağ da hələ ki, qalibi müəyyənləşdirə bilmirlər.
İkinci hissə başlandı.
Bu görüşdə qələbə qazanacağı təqdirdə İnter birinci pilləyə yüksələ bilər.
Və... 84-cü dəqiqədə hesab açılıb. Georgi Adamiya! 0:1! Qarabağ irəlidədir! İnter isə... İnterin isə cəmi 6 dəqiqəsi qalıb...
Matç başa çatdı. İnter liderliyə qayıtmaq üçün fantastik imkanı əldən buraxdı. Bundan sonra XL çətin ki, bir də belə imkan yaratsın.
Turnir vəziyyəti

İlk “altılıq”: XL – 27 xal,İnter – 25, Bakı – 24, Qarabağ - 23, Neftçi – 21, Qəbələ - 19.

İkinci “altılıq”: OŞ – 32, Simurq – 31, Turan - 25, Muğan – 24, Standard – 19, Karvan – 13.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.