1 may 2010 00:11
Diniyev bu dəfə Syominə imtahan verəcək
Azərbaycan yığmasının keçmiş məşqçisi, hazırda Terekdə çalışan Şahin Diniyev bu həftə Yuri Syominlə üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, Rusiya Premyer Liqasının 8-ci turu çərçivəsində bu gün Terek Qroznıda soydaşımız Aleksandr Əliyevin formasını geydiyi Lokomotivi qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 17:15-də başlanacaq.
