1 may 2010 00:18
Səmədov köhnə-yeni məşqçisi ilə uğur qazana biləcəkmi?
Rusiya Premyer Liqasının 8-ci turu çərçivəsində bu gün daha bir qarşılaşma Nalçikdə baş tutacaq. Azerisport.az xəbər verir ki, çempionatın sürpriz lideri – Spartak-Nalçik həmyerlimiz Aleksandr Səmədovun çıxış etdiyi Moskva Dinamosunu qəbul edəcək.
Qeyd edək ki, bu, Dinamonun yeni çalışdırıcısı, Səmədovla birgə FK Moskvada çalışmış Miodraq Bojoviçin debüt oyunu olacaq. Matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
