1 may 2010 00:22
45 dəqiqə oynayan Mahir komandasının ən yaxşısıdır
Evdə Krılya Sovetovun müqavimətini qıra bilməyən (0:0) Anjinin heyətində Mahir Şükürov öz oyunu ilə seçilib. Azerisport.az xəbər verir ki, voteplayers.com saytının istifadəçiləri bu fikirdədir. 45 dəqiqə oynayan və fasilədə əvəzlənən həmyerlimiz hələ ki, azarkeşlərdən hamıdan çox – orta hesabla 5,00 bal alıb. Onun ən yaxın izləyicisi David Çorayevin orta hesabla 4,67 balı var.
