1 may 2010 00:36
Hacı Hacıyev Mahir Şükürovun əvəzlənməsinin səbəblərini açıqladı
Anjinin baş məşqçisi Hacı Hacıyev Krılya Sovetovla görüşdən (0:0) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Rusiya mətbuatına müsahibəsində Hacıyev həmyerlimiz Mahir Şükürovu fasilədə Qoça Xocava ilə əvəzlənməsindən də danışıb: “Mən hesab edirəm ki, fasilədə Şükürovu əvəzləyən Xocava komandada daha vacib rol oynamalıdır. Meydançaya çıxan kimi Qoça fərdi keyfiyyətləri hesabına rəqib qapısı qarşısında gərginliyi artırdı. Amma fiziki cəhətdən hazırlıqlı olmaması ona 90 dəqiqə oynamağa icazə vermir. Ümumiyyətlə, istedalı futbolçudan məşqçilər həmişə daha çox şey tələb edirlər”.
