2 may 2010 00:39
Ramiz Məmmədov: Futbolçularıma sərbli olmağı tapşırmışdım
Qəbələnin baş məşqçisi Bakı üzərində qələbənin (1:0) sirrini açıqlayıb. Azerisport.az xəbər verir ki, gənc mütəxəssis bunu futbolçularının sakit oynaması ilə əlaqələndirib: “Futbolçularıma sərbli olmaq və emosiyalara qapılmamağı tapşırmışdım. Onlara minnətdaram. Avropa Liqasına vəsiqə uğrunda mübarizəni davam etdiririk. Onu da bildirmək istərdim ki, bugünkü oyunla Qəbələ heç bir klubla danışıqlara getmədiyini göstərdi”.
