2 may 2010 13:36
Adrianonun və Vaqner Lavın komanda yoldaşları Neftçidə?
Braziliyada səfərdə olan vitse-prezident Tahir Süleymanov və məşqçi-seleksiyaçı Bəxtiyar Musayev oyunçu axtarışlarını davam etdirirlər. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, onlar əsas Flamenqo, Botafoqo, Kuritiba komandalarının oyununu izləyiblər. Bu klublardan bir neçə futbolçunun transferi istisna deyil.
Qeyd edək ki, hazırda Flamenqonun şərəfini Braziliya yığmasının üzvləri – Adriano və Vaqner Lav qoruyurlar
