2 may 2010 14:25
Azərbaycan Hiddinki qorxudub
Türkiyə yığmasının nümayəndələri Azərbaycan millisinin may ayında Avstriyada keçirəcəyi təlim-məşq toplanışını yaxından izləyəcəklər. Azerisport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, millimizin Moldova, Makedoniya və Hondurasla keçirəcəyi yoldaşlıq görüşlərində Türkiyə Futbol Federasiyasının Milli Komandalar departamentinin nümayəndələri olacaq.
Xatırladaq ki, Türkiyə Azərbaycanın AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərindən biridir. Bu komandaya DÇ-2010-un seçmə mərhələ Bakıda yığmamızın heç-heçə oynadığı (1:1) Rusiyanın sabiq çalışdırıcısı Qus Hiddink rəhbərlik edir.
