2 may 2010 21:00
Tvente Hollandiya çempionu oldu
Erediviziyada mövsüm başa çatıb. Azerisport.az xəbər verir ki, son turda səfərdə Bredaya Ruis və Ştoxun qolları ilə 2:0 hesabıyla qalib gələn Tvente ölkə çempionu adını qazanıb. Bu qarşılaşmada həmyerlimiz meydançaya çıxmayıb.
Qeyd edək ki, bu, Tventenin tarixində ilk çempionluğudur. Ümumiyyətlə, indiyə qədər yalnız 4 klub - Ayaks, PSV, Feyenoord və Alkmaar Hollandiya çempionu ola bilmişdi.
