2 may 2010 21:22

Vaqif Cavadov ÇL-in qrup mərhələsində oynayan ilk azərbaycanlı olacaq

Bu mövsüm Tventenin heyətində bir dəfə də olsun meydançaya çıxmayan Vaqif Cavadov bu üzdən Hollandiya çempionatının qızı medallarından məhrum olsa da, futbolçumuz tarixə keçə bilər. Azerisport.az xəbər verir ki, mövsümü 1-ci yerdə bitirən “tukkers” ÇL-in qrup mərhələsinə vəsiqə qazanıblar. Vaqif növbəti mövsümdə də Tventenin heyətində qalsa, ÇL-in qrup mərhələsində çıxış edən və Azərbaycan yığmasının formasını geyməyə ixtiyarı olan ilk azərbaycanlı futbolçu olacaq.

Buna qədər müxtəlif vaxtlarda Spartak (Rusiya) və Şturmun (Avstriya) formasında Ramiz Məmmədov, Fənərbaxça ilə Sərvət Çətin, Kiyev Dinamosu ilə isə Aleksandr Əliyev bu yarışda bu mübarizə aparsalar da, onların heç biri Azərbaycan pasportuna malik deyil.

Bunlardan əlavə, daha bir futbolçu ÇL-in qrup mərhələ oyunlarında forma geyib. Bu, 2002-03-cü illərdə Moskva Lokomotivində çıxış edən Narvik Sırxayevdir. Lakin artıq o vaxt vaxtilə Azərbaycan yığmasının şərəfini qorumuş çeçenəsilli futbolçu Azərbaycandan imtina etmişdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.