İnter niyə çempion olmamalıdır? (VİDEO)
İtaliya A seriyasının 36-cı turunda dünya futbolunun tarixinə keçəcək hadisə yaşanıb. Azerisport.az xəbər verir ki, Romanın “Olimpiko” stadionunda keçirilən Latsio – İnter görüşündə qonaqlar 2:0 hesabı ilə qələbə qazanıblar. Maraqlısı isə odur ki, Latsio azarkeşləri matçdan əvvəl futbolçulara müraciət edərək, onlardan İnterə müqavimət göstərməmələrini və əzəli rəqibləri Romanın çempion olmasına icazə verməmələrini tələb ediblər. “Latsiale” İnterin Latsio qapısından keçirdiyi hər iki qolu alqışlayıblar.
“Ağlıma da gəlməzdi ki, belə bir şey görərəm. Bunda İnteri günahkar saymıram. Amma bu gün təkcə Latsio yox, bütün idman, bütün İtaliya futbolu uduzdu” – deyə Romanın direktoru Canpaolo Montali bildirib.
“Əgər məni komandam belə qələbə qazansaydı, mən utancımdan yerə girərdim” – Romanın prezidenti xanım Rozella Sensi isə “La Gazzetta dello Sport”a açıqlamasında belə deyib.
Xatırladaq ki, son iki tur qalmış İnter Romanı turnir cədvəlində 1 xal qabaqlayır.
İtaliyanın SKY Sport telekanalı isə Latsionun oyunu verdiyini də etiraf edib. Hazırladıqları videoreportajda həmkarlarımız İnterin birinci qolunda meydan sahiblərinin sona qədər mübarizə aparmadıqlarını işarə veriblər. Həmin analizi görmək üçün linkin üzərinə tıklayın.
