3 may 2010 16:00
Yığmamızın rəqibindən inanılmaz prinsipiallıq
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Şalkenin hücumçusu Kevin Kuranyini dünya çempionatına aparmayacağını bir daha qəti şəkildə bildirib. Azerisport.az xəbər verir ki, AFP-ə agentliyinə müsahibəsində Löv fikrini dəyişməyəcəyini söyləyib: “Onu bir daha yığmaya çağırmayacağam. Məşqçi heyəti ilə məsləhətləşəmələrdən sonra qərara gəldik ki, biz milli komandanı başqa prioritetlər əsasında qururuq”.
Almaniya AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biridir.
