3 may 2010 17:01
“Cavadovun transferi uğursuz idi”
Hollandiyanın ElfVoetbal nəşri Tventenin çempionluğuna toxunub. Azerisport.az xəbər verir ki, hollandiyalı həmkarlarımız baş məşqçi Stiv Maklarenin bəxtinin gətirdiyini yazmaqla yanaşı, Vaqif Cavadovun transferini də uğursuz hesab ediblər: “Cavadov, Naşak Əkrəm kimi futbolçuları transfer edən Tvente onları optimal formaya sala bilmədi. Nəticədə onlar çempionatda debüt edə bilmədilər. Lakin Stiv Maklarenin bəxti onda gətirdi ki, komanda çempion oldu. Məhz bu uğura görə heç kəs uğursuz transferlər barədə düşünməyəcək”.
