3 may 2010 22:25
Həmyerlimiz uzun müddətə sıradan çıxdı
Dinamonun azərbaycanlı futbolçusu Aleksandr Səmədov Rusiya Premyer Liqasında elan olunacaq fasiləyə qədər meydançaya çıxa bilməyəcək. Azerisport.az xəbər verir ki, Spartak-Nalçiklə son qarşılaşmada zədələnən Səmədovun baldır əzələsinin bağı qırılıb. Bu o deməkdir ki, futbolçu ən azı bir ay ərzində məşqlərə başlaya biləcək. Səmədovun dəqiqə sıraya dönmə tarixi isə bir müddət sonra məlum olacaq.
