3 may 2010 22:32
DÇ-də 9 yığmanın forması plastik şüşədən hazırlanacaq (FOTO)
ABŞ-ın məşhur “Nike” şirkəti Sloveniya yığmasına DÇ-nin final mərhələsi üçün hazırladığı formanı ictimaiyyətə təqdim edib. Azerisport.az xəbər verir ki, şirkət bu poliester formaları tullantıya gedən plastik şüşələrdən müasir ekoloji şəraitdə hazırlayıb. Sloveniya Futbol Federasiyanın saytı yazır ki, bir bu cür futbolka hazırlamaq üçün səkkiz plastik şüşəyə ehtiyac var.
Onu qeyd edək ki, qarşıdakı DÇ-də Sloveniya ilə yanaşı, Avstraliya, Braziliya, Hollandiya, ABŞ, Cənubi Koreya, Serbiya və Portuqaliya yığmaları da bu cür geyimlərdə çıxış edəcəklər.
