3 may 2010 11:30
Foqts, Ribbek və Föllerin köməkçisi Azərbaycan məşqçilərinə kurs keçir
Bu gün AFFA-nın Futbol akademiyasında UEFA-nın “A” kateqoriyalı məşqçi lisenziyasını almaq istəyən mütəxəssislər üçün kurslar başlayıb. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, üç həftəərzindəkeçiriləcək kurslara almaniyalı mütəxəssislər Erix Rutmöller vəRayner Kraft rəhbərlik edəcək.
Qeyd edək ki, Rutmöller 1994-2004-cü illərdə Almaniya, 2008-09-cu illərdə İranın yığmasının məşqçi korpusuna daxil olub. Bu müddətdə o, Berti Foqts, Erix Ribbek və Rudi Föllerlə birgə çalışıb. Kraft isə uzun müddət Ştutqartın fiziki hazırlıq üzrə məşqçisi olub.
