3 may 2010 00:07
Tventenin və Azərbaycanın reallaşan arzusu (VİDEO)
Tvente tarixində ilk Hollandiya çempionluğunu qazandı. Azerisport.az xəbər verir ki, obyektiv və subyektiv səbəblərdən “tukkerz”in heyətində bir oyun belə keçirə bilməyən Vaqif Cavadovun bu çempionluğa elə bir töhfəsi olmasa da, Stiv Maklarenin əvəzinə sevinməyə bilmərik. Hər halda, İngiltərə yığmasından biabırçı şəkildə qovulmasından sonra bu mütəxəssis öz səviyyəsini təsdiqləməyi bacardı. Bir də ki, Vaqif Cavadovun növbəti mövsüm ÇL-də çıxış edə biləcəyinə sevinirik.
