Araz Abdullayevin Rubinə keçəcəyi dəqiqləşdi
Neftçinin və Azərbaycan yığmasının yarımmüdafiəçisinin hansı kluba keçəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, Rusiya mətbuatı Kazan təmsilçisi Rubinin Neftçi ilə danışıqları müsbət yekunlaşdırdığını və Arazın yaydan komandanın şərəfini qoruyacağını yazıb. Futbolçunun 18 yaşı yaxınlarda tamam olduğundan, Rusiyada “transfer pəncərəsi” aprelin 8-də bağlandığından Abdullayevin transferi avqust ayına qalıb. Daha doğrusu, Azərbaycanda mövsüm başa çatandan sonra Rubinin düşərgəsinə yollabacaq futbolçunun adı yalnız avqustun 1-də iştirak ərizəsinə salınacaq.
Rusiyalı həmkarlarımızın yazdığına görə, ilkin transferə görə Rubin Neftçiyə pul ödəməyəcək və yalnız futbolçunun maliyyə şərtlərini qarşılayacaq. Bakı klubu Arazın başqa kluba transferi zamanı müəyyən məbləğdə gəlir əldə edə biləcək.
Xatırladaq ki, futbolçu ilə İngiltərənin Everton klubu da maraqlanır.
