3 may 2010 00:24
Kovalyov heyətə qayıtdı və 3 top buraxdı
Türkiyə Bank Asiya 1-ci liqasının 33-cü turunda evdə Samsunsporla qarşılaşan Kartalspor gözlənilmədən 2:3 hesabı ilə məğlub olub. Azerisport.az xəbər verir ki, həmyerlimiz Vitali Kovalyov 90 dəqiqə qapını qoruyub və zəif təsir bağışlayaraq, Türkiyə mətbuatından 1 ulduz alıb.
Bu nəticədən sonra Kartalspor turnir cədvəlində 13-cü pilləyə yuvarlanıb. Anatoli Ponomaryovun çıxış etdiyi Orduspor isə 8-cidir.
Onu da qeyd edək ki, Türkcell Superliqaya vəsiqə qazanan hər üç kollektivin adı sona 1 tur qalmış məlum olub. Bunlar Karabükspor, Bucaspor və Adanaspordur.
