4 may 2010 13:49

Azərbaycan AÇ-2016-nın final mərhələsini belə qəbul edəcək

CAR-da keçiriləcək növbəti dünya çempionatını hamımız səbrsizliklə gözləyirik, deyilmi? Və yəqin hər birimiz içində 4 illiyin ən böyük forumunun növbəti dəfə bizsiz keçəcəyinə kədərlənirik. Artıq orada Türkiyə də yoxdur. Bəzilərimizin köhnə adətlə azarkeşlik etdiyi Rusiya da. SSRİ dövründə bizə Şimal qonşularımızdan daha yaxın olan Ukrayna da. Bəs biz kimə azarkeşlik edəcəyik?

Azerisport.az əmindir ki, bu suala hər birinizi cavabı var. Braziliya, İtaliya, Almaniya, Fransa, Argentina, İngiltərə, Hollandiya, İspaniya... Amma məqsədimiz ölkəmizdə hansı komandanın daha böyük azarkeş ordusunun olduğunu müəyyənləşdirmək deyil. Bu yazının fabulası tamam başqadır.

Saytımızın sol sütununa diqqət yetirin. Sorğunu görürsünüzmü? Sizcə, Azərbaycan nə vaxt AÇ və ya DÇ-nin final mərhələsində çıxış edəcək? Cavab variantları arasında qulağa daha xoş gələn biri var. “Bunun üçün final mərhələsi Azərbaycanda keçirilməlidir”.

Bir müddət əvvəl AFFA-nın AÇ-2012-ni keçirmək üçün namizədliyini irəli sürməsinə bəzilərimiz gülmüş, bəzilərimiz sevinmişdik. Bu sətirlərin müəllifi belə bir ideyanın varlığına sevinən, lakin real vəziyyəti göz önünə gətirdikdə ürəyində acı-acı gülmək hissi keçənlərdəndir. Amma bu gün yenidən bu mövzuya qayıdırıq. Yarızarafat, yarıciddi. Gəlin təsəvvür edək ki, UEFA iradəli qərarla 2016-cı il Avropa Çempionatının final mərhələsinin təşkilini Azərbaycana həvalə edib (hərçənd, AFFA namizədlər arasında deyil). Qalan bu 6 ildə nələri etməliyik və nələri etməməliyik?

Beləliklə, AÇ üçün:

- Bakı, Sumqayıt, Quba, Lənkəran, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvanda 8 stadion lazımdır. Bunlardan birinin – final matçının keçiriləcəyi stadionun tutuu 60 mindən az ola bilməz. Digərlərinin minimal tutumu isə 40 min nəfər olmalıdır. Deməli... Bu 6 ildə ölkənin 7-8 fərqli şəhərində 8 yeni stadion tikilməli, yaxud yenidən qurulmalıdır;

- ölkəyə geniş turist axınını nəzərə alaraq, bütün böyük şəhərlərdə, turizm baxımından əlverişli sayılan bölgələrdə, onlarla mehmanxana tikilib istifadəyə verilməlidir;

- paytaxtdan bütün ölkə boyunca 6-7 istiqamətə gedən bütün yollar təmir edilməli, telekommunikasiya xətləri yüksək standartlara cavab verə biləcək hala gətirilməlidir;

- şəhərlərarası avtobus, qatar reysləri intensivləşdirilməli, köhnə avtobusa və qatarlar istehlakdan çıxarılmalı, sürət qatarı üçün relslər salınmalı, yeni vaqonlar alınmalıdır;

- Gəncə, Yevlax, Lənkəran, Zaqatala, Naxçıvan hava limanları bütün növ təyyarələri qəbul etməyə hazır vəziyyətə gətirilməlidir;

- ölkə ərazisində onminlərlə insana xüsusi əcnəbi dil, stüard kursları keçirilməli, yerli əhalinin turistlərə kömək etməsi, dolayısıyla onları pul xərcləməyə məcbur etməsi üçün “kompleks tədbirlər” görülməlidir;

- bütün Azərbaycanda futbol meydançaları yararlı hala salınmalı, final mərhələsində iştirak edəcək yığma komandalar üçün idman bazaları tikilməlidir;

- daxili işlər, milli təhlükəsizlik orqanları, güc strukturlar yüksək hazırlıq vəziyyətinə gətirilməli, polisləri insanlarla insan kimi davranması üçün çoxsaatlı kurslar təşkil olunmalıdır;

- metroda gediş haqqı ikiqat endirilməli və avtomobil tıxaclarının dəhşətli dərəcədə artmasının qarşısını almaq üçün insanların daha çox bu nəqliyyat növündən istifadəsinə şərait yaradılmalıdır;

- avtobus və taksi sürücülərinə lisenziyalar yenidən paylanmalı, onlar üçün dəyişilməz geyim, davranış standartları müəyyənləşdirilməlidir;

 - yol polisi rüşvət almamalıdır;

- stadionlar ətrafında tum, qəzet, kökə alverçiləri üçün xüsusi sivil yerlər hazırlanmalıdır;

- stadionlarda tum çırtlamaq qadağan edilməlidir;

- kinoteatrların yerində şadlıq evlərinin tikilməsi dayandırılmalı, yeni əyləncə mərkəzləri yaradılmalıdır...

Bütün bunları ümumiləşdirək və yekun nəticəyə gələk: biz normal, sivil, mədəni ölkədə yaşamalıyıq. Çünki AÇ və DÇ-nin final mərhələlərini keçirməyi məhz belə ölkələrə həvalə edirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.