4 may 2010 16:45
Xəzər Lənkəranın sahibi şok transfer həyata keçirdi
Beşiktaş İnterin və Portuqaliya yığmasının yarımmüdafiəçisi Rikardo Kuarejmanı transfer etdiyini açıqlayıb. Azerisport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, futbolçu mövsüm bitəndən sonra “ağ-qaralar”a qoşulacaq.
Qeyd edək ki, bu transferi XL-in fəxri prezidenti və sahibi, Beşiktaşın azarkeşi, azərbaycanlı iş adamı Mübariz Mənsimov həyata keçirib.
