5 may 2010 00:01
Oyun alqı-satqısının qarşısı necə alınacaq?
“Unibank” Premyer Liqasının son iki turunun bütün oyunları yarışların əsasnaməsinə uyğun olaraq, eyni vaxtda – 17:15-də başlayacaq. Azerisport.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb. Bu, son turlarda klubların müəyyən matçların nəticələrini manipulyasiya edə bilməməsi məqsədi ilə atılıb.
Xatırladaq ki, son iki tur ərəfəsində medalçıların, avrokuboklara vəsiqə qazanan, o cümlədən, Premyer Liqanı tərk edəcək ikinci komandanın adına hələ aydınlıq gəlməyib.
