4 may 2010 00:05

Oğuz Çətin: Azərbaycan yığması Almaniyanı məğlub edə biləcək potensiala malikdir

Türkiyə yığmasının məşqçisi, Quus Hiddinkin birinci köməkçisi azerisport.az-a verdiyi müsahibədə Azərbaycan – Türkiyə münasibətlərindən, AÇ-2012-nin seçmə mərhələsindən və yığma komandamızın bu turnirdə perspektivlərindən danışıb.
 
 
- AÇ-2012-nin seçmə mərhələsində Azərbaycanla Türkiyə eyni qrupda yer aldı. Polşadakı püşkatma mərasimi zamanı hansı hissləri keçirdiniz?
- Əvvəlcə onu deyim ki, Azərbaycan bizə qardaş ölkədir. Özümüzü Azərbaycana çox yaxın hiss edirik və münasibətlərimiz də son dərəcə xoşdur. Püşk nəticəsində bizimlə eyni qrupda yer alan ölkələrin hər birində böyük türk diasporu var. Azərbaycanlılar da türkiyəlilərlə eyni duyğuları yaşayan bir millətdir. Bu mənada, Azərbaycanla qarşılaşmağımıza sevindim. Digər tərəfdən, yer aldığı səbətdə, oyunçularının səviyyəsinə görə Azərbaycandan qat-qat zəif olan komandalardan biri ilə düşmədiyimizə görə üzüldük.
 
- Azərbaycan 6-cı, Qazaxıstan isə 5-ci səbətdə yer almışdı. Hərçənd, FİFA-nın yığma komandalar reytinqində Azərbaycan 110-cu, Qazaxıstan isə 129-cu yeri tutur. Sizcə, bu iki komandadan hansı Türkiyəyə daha çətin anlar yaşada bilər?
- Mən qrupdakı bütün oyunların çətin keçəcəyini düşünürəm. Dünya futbolunda artıq aşkar səviyyə fərqi aradan qalxıb. Azərbaycanla Qazaxıstanı müqayisə edərkən, Azərbaycan futbolunun daha öndə olduğunu deyə bilərəm. Hamı üçün çətin bir rəqibdir. Düşünürəm ki, Bakıdakı qarşılaşma Qazaxıstanla səfər görüşündən daha ağır olacaq.
 
- Səhv etmiriksə, artıq bir dəfə Türkiyə yığması ilə Bakıya gəlmisiniz. Ötən il Kayseridə keçirilən qarşılaşmada da ehtiyat oyunçular skamyasında yer almışdınız. Azərbaycan yığması sizdə necə təsir bağışladı?
- Əvvəlcə onu deyim ki, Kayseridə keçirilən qarşılaşmada mən yox idim. Çünki həmin vaxt başqa ölkəyə yollanmışdım. Amma 2006-cı ildə Bakıya gəlmişəm və o yığma ilə bu komanda arasında böyük fərqlər var. Ölkədə futbolun bir qədər inkişaf etdiyini və təşkilatçılıq baxımından yüksək səviyyəyə çatdığını düşünürəm. Buna görə qarşıdakı görüşlər əvvəlki illərlə müqayisədə daha çətin keçəcək.
 
- Yığma komandadan başqa Azərbaycan futbolu barədə daha nə bilirsiniz?
- Klublar haqqında çox bilgim olmasa da, son illər Azərbaycanda çalışan türkiyəli məşqçilərlər tanışam. Onlar klub futbolunun inkişaf etdiyini, hər keçən il nəticələrin daha da yaxşılaşdığını bildirirlər.
 
- Rasim Kara, Bülənt Qorxmaz kimi məşhur mütəxəssislər Azərbaycanda böyük uğur qazana bilmədilər. Bunun səbəbini nədə görürsünüz?
- Xaricdə işləmək bir qədər başqadır. Getdiyin ölkəyə uyğunlaşmaq, həmin ölkənin şərtlərini içərisində yaşamaq və uğur qazanmaq asan deyil. Azərbaycan futbolunun hələ inkişaf etməkdə olması və müəyyən çatışmamazlıqların aradan qalxmaması, məncə, öz rolunu oynayıb.
 
- Azərbaycan – Türkiyə matçlarına dönək. Bu il yenə Bakıya gələcəksiniz. Bu oyunlardan nə gözləyirsiniz?
- Final mərhələsinə birbaşa vəsiqə qazanmaq üçün birinci yeri tutmalıyıq. Bu da alınmasa, ən yaxşı ikinci komanda olmaq istəyirik. Yaxud da pley-off matçlarından sonra final turnirinə çıxmaq məqsədimiz var. Bunun üçün Almaniya, Avstriya və Belçika ilə yanaşı, Azərbaycan və Qazaxıstanla görüşlərdə də maksimal nəticə qazanmalıyıq.
 
- Azərbaycanı bir rəqib kimi hərtərəfli öyrənməyə ehtiyacınız varmı?
- Yığma komandanının nəzdində yaratdığımız xüsusi department məhz bu işlərlə məşğul olacaq. Nəinki rəsmi oyunlar, hətta Azərbaycanın may ayında Avstriyadakı təlim-məşq toplanışını və orada keçirəcəyi oyunları da izləyəcəyik. Biz Azərbaycana böyük hörmətlə yanaşırıq və bu komandanı diqqət mərkəzində saxlayacağıq.
 
- Yəqin ki, bu iki oyunda məqsədiniz 6 xal toplamaq olacaq.
- Əgər qrupda birinci olmaq istəyiriksə, Azərbaycan, Qazaxıstan, Avstriya və Belçika ilə oyunların hamısında qələbə qazanmağa çalışmalıyıq.
 
- Azərbaycan – Türkiyə matçlarının ab-havası barədə nə deyə bilərsiniz? Bu görüşlərdə fərqli atmosfer hiss edə bilirsinizmi?
- Buna “Türk derbisi” deməzdim. Amma hər iki komandanın bu oyuna fərqli duyğularla çıxacağı həqiqətdir. Türkiyədə hər bir Azərbaycan vətəndaşını bizdən biri olaraq görürlər. Bu da futbolçulara öz təsirini göstərəcək.
 
- Quus Hiddinklə Azərbaycan haqqında danışmısınızmı?
- Hiddink hələ rəsmi fəaliyyətə başlamayıb. Qrupdakı rəqiblərimiz barədə də geniş danışmamışıq. Amma artıq may ayından etibarən bununla bağlı çalışmalara başlayacağıq.
 
- Hiddink Rusiya ilə DÇ-2010-nun seçmə mərhələsində son oyununu Bakıda keçirdi və matç 1:1 hesabı ilə başa çatdı. Həmin qarşılaşmada tribunalarda azarkeşlər arasında dava düşdü. Bundan xəbəriniz var idi?
- Oyunun gərgin keçdiyini və 1:1 hesabı ilə başa çatdığını bilirdim. Amma tribunalardakı olaylardan xəbərim yox idi. Məncə, Azərbaycan - Türkiyə matçında belə şeylər ola bilməz.
 
- Sizcə, Azərbaycan AÇ-2012-nin seçmə mərhələsində nə edə, mübarizəni neçənci yerdə bitirə bilər?
- Həqiqəti deyək: qrupda çox güclü rəqiblər var. Başda biz olmaqla, Almaniya, Belçika və Avstriya. Məncə, Azərbaycan qrupda Qazaxıstanı üstələyəcək. Amma Avstriya və ya Belçikanı qabaqlaya biləcəyinə şübhə ilə yanaşıram.
 
- Amma Azərbaycan əsas rəqiblərinizdən xal alaraq, Türkiyənin yolunu aça bilər…
- Azərbaycan Almaniya, Avstriya və Belçikadan xal və ya xallar alması bizim leyhimizə işləyəcək. Mən bu komandada bu potensialı görürəm və buna ümid edirəm.
 
- Türkiyə millisinin durumunu necə dəyərləndirirsiniz?
- Dünya çempionatına gedə bilməsə də olsa, Türkiy milli komandası böyük potensiala sahibdir. Quus Hiddinklə başlayan yeni dönəmdə Türkiyə yeni kimlik qazanacaq. Çox təcrübəli olan Hiddink öz futbol fəlsəfəsini və təcrübəsini oyuncularımıza aşılayacaq. Bu dönəmdə meydançada lazımi nəticəni qazanmağı bacaran və çox yaxşı təşkil olunmuş Türkiyə yığması görəcəksiniz.  
 
- Həftəsonu Avropaya oyunları seyr etməyə gedirsiniz. Orada top qovan türkiyəli oyunçulardan məmnunsunuzmu?
- 70 milyon əhalisi olan və futbolun böyük önəm daşıdığı bir ölkədən xaricdə daha çox sayda oyunçunun olmasının vacibliyini düşünürəm. O potensiala sahib yetərincə futbolçumuz olmasına rəğmən, Avropada oynayanların sayı çox değyl. Bu gün xaricdəki futbolçuların yaınız 60%-i davamlı olaraq klublarında forma geyirlər. Digərləri də zaman-zaman oynayır, bəzən də ehtiyatda qalırlar. Amma hamsının bacarığı yüksəkdir. Bu mövsüm göstərdikləri çıxışdan son dərəcə məmnunam.
 
- Altıntop qardaşları əvvəllər daha çox göz önündə idilər. Amma Hamit Bavariyada Robbenin yoxluğunda şans alır. Xəlil isə güclü Şalkeden ortada sıralarda qərarlaşan Frankfurta keçdi. Bunu necə izah edə bilərsiniz?
- Xəlilin Şalkeden Frankfurta transfer olunmasına çox sevindim. Şalkede oynamaq şansı olmayan Xəlil yeni komandasında əsas heyət oyunçusudur. Daha çox xeyir verən və çox daha yaxşı performans sərgiləyən bir hala gəldi. Bu transferin bizə çok böyük qatqısı olacaq. Hamit isə dünya futbolunda üst sıralarda yer alan, Bavariya kimi bir klubda oynayır. Bir qədər sıxıntıları var, amma bu təbiidir. Çünki komandanın heyətində çox istedadlı futbolçular var. Bunu bir ay öncə desəydik, bəlkə Hamitin problemlərindən danışardıq. Ancaq bu müddət ərzində Hamit komandada yerini daha da möhləmləndirdi ve bu gün ilk 11-likdə yer alır, çox yaxşı da oynayır. Lyon – Bavaroya matçını tribunadan izlədim. Bizim xəyal etdiyimiz, olmasını istədiyimiz Hamit o gün meydançada idi. İndi çox başarılıdır.
 
- Almaniyada çoxlu Türk futbolçu top qovur. Hamsını izləmək imkanınız var?
- Milli komanda kimi çox yaxşı system qurmuşuq. Türkiyə Futbol Federasiyasının Avrppa Bürosu başda Almaniya olmaqla, digər ölkələrlə yaxşı əlaqələr qurub. Almaniyada oynayan bütün gənc futbolçular haqqında bilgiyə sahibik. Bu futbolçular arasından seçilənlər insuz da U-21 və digər aşağı yaş qruplarından ibarət milli komandalarda çıxış edir. Daha da ön plana çıxanları birbaşa izləməyə gedirik. Bu oyunçuların hansını U-21, sonra da “A” Milli komandaya ala biləcəyimiz barədə ciddi iş aparırıq.
 
- Almaniyada yetişən Cem Fələk adlı gənc istedad barədə eşitmisiniz. Yəqin ki, onu Almaniyaya vermək istəməzsiniz.
- Cemin adını və uğurlarını eşitmişəm. Gənc Milli komandada çalışan insanların onu Türkiyəyə qazandırmaq üçün çalışdığına əminəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.