4 may 2010 00:30
Roman Pokora sabiq klubuna qayıdır
Simurqun baş məşqçisi, mövsümün sonunda Zaqatala klubunu tərk edəcək Roman Pokora yeni mövsümdəm FK Aleksandriyanın “sükanı arxasına” keçə bilər. Azerisport.az xəbər verir ki, Ukrayna mətbuatı hazırda birinci divizionda mübarizənin aparan klubun Pokoranın xidmətlərində maraqlı olduğunu yazıb.
Xatırladaq ki, Pokora bundan əvvəl iki dəfə - 2000-03 və 2004-05-ci illərdə Aleksandriyaya rəhbərlik edib. 2001-ci ildə o, komandanı yüksək liqaya çıxarıb. Simurqa da Pokora 2006-cı ildə məhz Aleksandriyadan gəlib.
