5 may 2010 17:23
Mahir Şükürov Premyer Liqanın ən yaxşı assistentlərindən biridir
Anjinin heyətində 6 matça çıxan Mahir Şükürov Rusiya Premyer Liqasının ən yaxşı assisentləri arasında ilk “10-luq”da qərarlaşıb. Azerisport.az xəbər verir ki, iki məhsuldar ötürmə edən Mahir bu göstəriciyə görə yalnız Aleksandr Pavlenko (Rostov), Vladimir Dyadyun və Roman Kontsedalovdan (hər ikisi Spartak-Nalçik) geri qalır. Onların aktivində 3 “assist” var.
Şükürovla eyni göstəriciyə Alan Dzaqoyev, Mark Qonsales (hər ikisi ÇSKA), Alessandr Rozina, Danko Lazoviç (hər ikisi Zenit), Dmitri Sıçov (Lokomotiv) və Martin Kuşev (Amkar) malikdir.
