5 may 2010 00:06

Bakı mütləq Qarabağa çevrilməlidir. Heç olmasa, 90 dəqiqəlik

Bu gün ölkənin ikinci ən nüfuzlu turnirində qələbə uğrunda mübarizə aparacaq son iki kollektivin adına aydınlıq gələcək. Azerrisport.az xəbər verir ki, Azərbaycan kubokunun finalının 4 mümkün variantı var.

XL – İnter, OŞ – İnter, XL – Bakı, OŞ – Bakı. 5-ci variant nəzərdə tutulmayıb və başqa bir həqiqəti də desək, iki variant inandırıcı görünmür. Hər halda, OŞ-un səfərdə XL-i, Bakının isə səfərdə İnteri məğlub edəcəyi real deyil. Yox, nəzəri cəhətdən bu mümkündür. Amma indi futbolda kimi nəzəriyyə ilə qorxuda bilərsən?

Xəzər Lənkəran bu gün üçün Olimpik-Şüvəlandan bir baş üstün görünür və lənkəranlılar bu üstünlüyü meydançada da göstərməyə çalışacaqlar. Çətin ki, bu cür iddialı klub “qızıl dubl”a iddialarından belə rahat əl çəksin və finalı ikinci “altılıq”da qərarlaşan Şüvəlan təmsilçisinə hədiyyə etməyə razı olsun. İlk oyunun nəticəsi elədir ki, XL-i hətta “eybəcər” 0:0 hesabı da qane edir. Yəni, məsələn, Ağasəlim Mircavadovun komandası Neftçi ilə son qarşılaşmadakı kimi oynasa, istəyinə çata biləcək. Hər halda, OŞ-un Neftçidəm çox güclü olduğunu demək həqiqətdən uzaqlaşmaq olardı.

Bir sözlə, bu cütdə qüvvələr nisbəti 70-in 30-dır.

Bakı derbisi... Tutaq ki, Rusiyada hər hansı bir matçının anonsunu yazarkən, məqaləyə “Moskva derbisi” söz birləşməsi ilə başlasaq, gözümüzün önünə Dinamo il Spartakın, Spartakla ÇSKA-nın, yaxud elə Dinamo ilə ÇSKA-nın zəngin qarşıdurması, bir-birini əvəz etmiş dahi futbolçular, əfsanəvi matçlar gələr. Azərbaycanda vəziyyətə bir qədər fərqlidir və İnterlə Bakının rəsmən 13 yaşı var. Faktiki olaraq isə, bu komandalar cəmi 5 ildir rəqabət aparır. Hər halda, komandaların sələfləri – Xəzər Universiteti ilə Dinamo arasında hər hansı gərgin münasibətlərdən söz açmaq olmaz.

Əlbəttə, qarşıdurmanın tarixi dərin deyil, buna görə çox rahatca öz proqnozlarımızla bölüşə bilərik: 60 – 40 İnterin xeyrinə. Bakının şanslarına bu qədər skeptik yanaşmağımızın cəmi bir, lakin olduqca sadə səbəbi var: ilk görüşdə (diqqət!)  səfərdə “bankirlər” 1:0 hesabı ilə qələbə qazanıblar. Oyunu “qurutmaq”da usta olan İnterin bu üstünlüyü əldən verəcəyi inandırıcı deyil. İndi Bakıya yalnız son turdakı İnter – Qarabağ matçının videoyazısını dönə-dönə izləmək və Qurban Qurbanovun komandasının 1:0 hesablı qələbəyə hansı yollarla çatdığı üzərində baş sındırmaq qalır.

Hərçənd, ölkə kubokunun UEFA Avropa Liqasına, üstəlik, bu turnirin ikinci təsnifat mərhələsinə vəsiqə verdiyini göz önünə gətirsək, komandaların böyük stimulunun olduğunu görərik. Gözləyək...

 

Azərbaycan kuboku, 1/2 final

5 may

17.00. İNTER – BAKI

İlk matç – 1:0

18.00. XƏZƏR LƏNKƏRAN – OLİMPİK-ŞÜVƏLAN

İlk matç – 1:1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.