5 may 2010 00:18
Vaqif Cavadovun Tventedəki gələcəyi sual altına düşə bilər
Tventenin baş məşqçisi Stiv Maklarenin yayda komandanın baş məşqçi postunu tərk edəcəyi barədə söz-söhbətlər güclənir. Azerisport.az xəbər verir ki, Hollandiya mətbuatı Maklarenin bir neçə ingilis klubundan təklif aldığı deyilir. Mütəxəssis özü gedib-getməyəcəyi ilə bağlı bir söz deməsə də, yayılan xəbərləri təkzib də etməyib: “Məncə, indi bu barədə danışmağın vaxtı deyil. Qazandığımız qələbəni bayram etməliyik. Gələcəyim barədə sonra da düşünə bilərəm”.
Xatırladaq ki, həmyerlimiz Vaqif Cavadovun transferinin əsas təşəbbüskarı məhz Maklaren olmuşdu. Mütəxəssisin gedişindən sonra Vaqifin Tventedə qalıb-qalmaması məsələsi də gündəmə gələ bilər.
