Finalın adı: Bakı - XL (YENİLƏNDİ)
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsində cavab qarşılaşmaları keçirildi. Azerisport.az xəbər verir ki, Bakı İnteri, XL isə OŞ-u məğlub edib finala adladı.
İNTER – BAKI 1:3
Matç başladı.
27-ci dəqiqədə Bakı ümumi hesabı bərabərləşdirdi. Vyaçeslav Sofrono fərqləndi.
Fasilə.
İkinci hissə başlandı.
İlk matç – 1:0
51-ci dəqiqədə Anhel Qutyerres təkbətək vəziyyətdən dəqiq yararlandı.
Və Bakı yenə hesabda önə keçir! Jaba başla fərqəndi. İnter yenə hesabı bərabərləşdirməlidir.
65-ci dəqiqədə topu öz qapısından keçirən Milan Zaqorats İnterin final şanslarını xeyli azaldıb. Bunun üçün meydan sahibləri azı iki top vurmalıdır.
Matç başa çatdı. 72-ci dəqiqədən - Vadim Boretsin meydançadan qovulmasından sonra azlıqda oynayan Bakı qələbəni qoruyub saxladı və finala adladı.
XL – OŞ 2:1
Matç başlandı.
Allan Lalin 7-ci dəqiqədə hesabı açdı. XL irəlidədir.
Fasilə.
İkinci hissə başlandı.
78-ci dəqiqədə OŞ hesabı bərabərləşdirdi. Mirko Bunyevçeviç fərqləndi.
XL dərhal önə çıxdı. 82-ci dəqiqədə Mario Serjio Souza növbəti qoluna imza atdı. OŞ-un finala adlamaq üçün bir qola ehtiyacı var.
Matç başa çatdı. XL finalda Bakıya rəqib oldu.
İlk matç - 1:1
