"Lomaya Bakı İnterindən daha artığına layiq idi"
Rusiyanın “Futbol” həftəliyi Moskva Spartakının formasını geymiş bütün qapıçıları xatlrlayıb. Azerisport.az xəbər verir ki, materialda həmkarlamızım hazırda Bakı İnterinin şərəfini qoruyan, Gürcüstan millisinin qolkiperi Georgi Lomayaya da ayrıca absaz həsr ediblər: “2003-cü ildə Spartakda yeddi qapıçı var idi... Yeddinci Georgi Lomaya idi. Çox istedadlı, amma... Komandanın o vaxtkı baş məşqçisi Nevio Skala gürcüstanlı qolkiperi bir nömrə kimi görürdü. Amma UEFA Kubokunda Malyorka ilə görüşə Lomaya üç top buraxdı və heyətə Voytsex Kovalevski döndü. Sonra daha bir şans aldı, amma bu şansdan da istifadə etmədi. Lomayanın müqaviləsi klubun keçmiç sahibi Andrey Çerviçenkoya məxsus idi və rəhbərlik dəyişikliyindən sonra “boss”unun arxasınca Ximkiyə yollandı. Demək olmaz ki, Georginin sonrakı karyerası uğurlu alındı. Luç-Enerji, Karl Tsays, Karpatı, Bakı İnteri... Lomaya daha artığına layiq idi”.
