Vaqif Cavadovun ÇL-lə bağlı böyük ümidləri
Tventenin və Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov azerisport.az-ın müxbiri ilə söhbətdə çempionluqdan, yığmanın toplanışından və qarşıdan gələn Çempionlar Liqasından danışıb.
“Çempion olan gün hamı məni də təbrik edirdi. Şəhərdə bayram idi. Heç kəs mənim bu mövsüm bir oyuna belə çıxmadığımı da xatırlamırdı. Özümü Tventenin bir parçası hiss edirəm, çünki məşqlərdə çalışıram. Zədələnməsəydim, hər şey tam başqa cür ola bilərdi.
Qızıl medalların təqdim olunmasından sonra Stiv Maklerin mənə uğurlar arzuladı və bildirdi ki, millinin heyətində çıxışlarımı izləyəcək. Bilir ki, Avstriyada təlim-məşq toplanışımız var. Növbəti mövsüm mənə böyük ümidlərin bəsləyəcəyini dedi.
Çempionlar Liqası ilə bağlı ümidlərim var. İyunda Tventenin hazırlığı başlayır və özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam. Kim güclü olacaqsa, o da meydançaya çıxacaq. Ən yaxşılardan biri olmaq istərdim”.
