Bakıya gələn futbolçu Qızıl butsunu satır (FOTO)
Rusiyalı veteran futbolçu, DÇ-94-ün ən yaxşı bombardiri kimi “Qızıl buts” qazanmış Oleq Salenko bu mükafatı satışa çıxaracağını bildirib. Azerisport.az xəbər verir ki, Ukrayna mətbuatına müsahibəsində Salenki ərəb şeyxlərindən təklif aldığını söyləyib: “Mənim xırda biznesim var. Amma çətinliklərlə üzləşmişəm. Səhmlərin qiyməti aşağı düşür. “Qızıl buts”u satıb bu işimi düzəldə bilərəm. Ərəb maqnatları ona 500 min dollar təklif edirlər. Onlar bildirirlər ki, bu mükafata çox səliqəli yanaşacaqlar və onu yerli muzeydə sərgiyə qoyacaqlar. Amma mən butsun Ukrayna və ya Rusiyada qalmasını istərdim. Kimsə daha artıq təklif etsə, ərəblərlə iş görməkdən imtina edəcəyəm”.
Xatırladaq ki, Salenko bir neçə il əvvəl SSRİ yığmasının heyətində Bakıya gəlmiş və İsgəndər Cavadovun 50 illik yubileyinə həsr olunmuş matçda iştirak etmişdi.
