6 may 2010 00:04
Çxadadzedən boykot, Abdullayevdən izah
İnterin baş məşqçisi Kaxaber Çxadadze Azərbaycan kubokunun yarımfinalında Bakıya məğlubiyyətdən sonra (1:3) gözlənildiyi kimi, mətbuat konfransına gəlmədi. Azerisport.az xəbər verir ki, onu əvəzləyən məşqçi Elxan Abdullayev buna görə jurnalistlərdən üz istəyərək, məğlubiyyətin səbəblərini açıqladı: “Hamı elə bilirdi ki, biz artıq yarımfinaldayıq. Amma hər oyunda sona qədər mübarizə aparmaq lazımdır. Bu gün rəqibdən aşkar zəif görünürdük”.
