6 may 2010 00:07

Yeni final, yaxud Məşqçini evə göndərən tərs zərbə

Ölkə kubokunda yeni final cütlüyü. Yarımfinalın cavab qarşılaşmasında İnteri məğlub edən Bakı iki il əvvəlki finalın təkrarlanmasına imkan vermədi.

Azerisport.az xəbər verir ki, 2008-ci ilin mayında finalda İnterlə XL qarşılaşmış və lənkəranlılar Juninyonun əlavə vaxtda vurduğu iki qolla qələbə qazanmışdılar. Bu dəfə də hər şey bu finala doğru aparırdı. Hər halda, mövsümün əvvəlində bu yana digərlərdinən daha üstün görünən iki kollektivin həm qızıl medalların, həm də kubokun sahibini müəyyənləşdirməsi təbii görünəcəkdi. Amma məsələyə Bakı qarışdı.

İlk qarşılaşmadan sonra Kaxaber Çxadadzenin yetirmələri vacib üstünlük əldə etmişdilər. Futbolda evdəki 0:1 hesablı məğlubiyyətin səfərdə artıqlaması ilə çıxılması hallarına tez-tez rast gəlinmir. Lakin ilin 5-ci ayının 5-ci günündə Bakının hücumçuları və İnterin müdafiəçiləri bu nadir hadisənin “Şəfa” stadionunun süni meydançasında yaşanması üçün əllərindən gələni etdilər. Hər üç qolda “bankirlər”in mərkəz müdafiəçilərinin kobud səhvi var idi. Cütün taleyini isə Milan Zaqoratsın avtoqolu həll etdi. Bu tərs vuruş Çxadadzeni evinə göndərən zərbə olmasın…

Lənkəranda XL öz azarkeşlərini bir qədər həyəcanlanmağa vadar etdi. İlk dəqiqələrdən oyunun ipini əlində saxlayan “ağ-yaşıllar” 78-ci dəqiqəyə qədər üstünlüklərinə şübhə yeri qoymamışdılar. Lakin ani əks-hücum, Mirko Bunyevçeviçin qüvvətli zərbəsi nəticəsində XL-in bir ayağı ilə keçdiyi finalın taleyi əlavə 30 dəqiqədə, sonra isə penalti zərbələrində həll oluna bilərdi. OŞ-un 1/4 finalda Simurqu məhz bu yolla sıradan çıxardığını nəzərə alsaq, cənublu azarkeşlərin həyəcanı əbəs deyildi. Bununla belə, XL-in Super Mariosu var. Mario Souzası. Məhz o qələbə qoluna imza atdı və Azərbaycan azarkeşinə tarixdə ilk dəfə olaraq, Bakı – XL finalını hədiyyə etdi.

Bir maraqlı məqamı nəzərinizə çatdıraq ki, indiyədək nə Bakı, nə də XL kubokun finallarında məğlub olmayıblar. “Zolaqlılar” 2005-ci ildə İnteri (2:1), cənublular isə 2007-ci ildə MKT-Arazı (1:0), 2008-ci ildə elə həmin İnteri (2:0) məğlub ediblər. Amma həyatda hər şey nə vaxtsa birinci dəfə olur…

Azərbaycan kuboku, 1/2 final
Cavab oyunları
 
İNTER – BAKI 1:3
Sofroni, 27 (0:1); Qutyerres, 51 (1:1); Jaba, 56 (1:1); Zaqorats, 65 (1:3)
İlk oyun – 1:0
 
XL – OŞ 2:1
Lalin, 7 (1:0); Bunyevçeviç, 78 (1:1); Mario Souza, 81 (2:1)
İlk oyun – 1:1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.