6 may 2010 00:31
Həmyerlimiz Lokomotiv üzərində qələbənin memarlarından oldu
Rusiya Premyer Liqasının 9-cu turunda Saturn səfərdə gözlənilmədən Lokomotivi 1:0 hesabı ilə məğlubiyyətə uğratdı. Azerisport.az xəbər verir ki, yeganə qolu meydan sahiblərinin qapısından Andrey Kiriçenko 50-ci dəqiqədə keçirdi. Qonaqların start heyətində meydanaya çıxan və 71-ci dəqiqədə əvəzlənən 17 yaşlı həmyerlimiz Emin Mahmudov matçın ən yaxşılarından biri idi. Lokomotivin azərbaycanəsilli futbolçusu Aleksandr Əliyev isə 90 dəqiqə mübarizə apardı.
