6 may 2010 00:35
Simurqun kapitanı Premyer Liqanı tərk etdi və Azərbaycana qayıdır
Ukrayna çempionatında qalib müəyyənləşib. Azerisport.az xəbər verir ki, mövsümün başa çatmasına bir tur qalmış evdə Kiyev Dinamosunu 1:0 hesabı ilə məğlub edən Şaxtyor 5-ci dəfə Ukrayna çempionu adını qazanıb.
Simurqun keçmiş kapitanı Aleksandr Malıginin çıxış etdiyi Zakarpatyenin isə Premyer Liqanı tərk edəcəyi müəyyənləşib. Malıginin bu yay Azərbaycana dönəcəyi və yenidən “Unibank” Premyer Liqasında çıxış edəcəyi gözlənilir.
