7 may 2010 13:55
Azərbaycan klubu avrokuboklarda iştirakdan məhrum edildi
2010-2011-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almaq məqsədilə AFFA-nın Lisenziyalaşma qrupuna müraciət etmiş klubların (Neftçi, Bakı, Xəzər Lənkəran, Olimpik-Şüvəlan, İnter, Simurq, Qəbələ, Qarabağ) müraciətlərinə AFFA-nın Lisenziyalaşdırma komissiyasının iclasında baxılıb. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, adı qeyd olunmuş klublardan yalnız Simurq hüquq meyarlarının tələblərini yerinə yetirə bilmədiyinə görə,UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya ala bilməyib. Digər yeddi klub bu lisenziyanı əldə ediblər. Simurq isəAzərbaycan futbol Premyer Liqasında çıxış etmək hüququ verən lisenziya alıb.
