7 may 2010 14:20
Foqts yığmanı niyə danlayıb?
Anjinin və Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov azerisport.az-ın müxbiri ilə söhbətdə Lüksemburqla matçı xatırlayıb.
“Yığmanın Avstroyadakı toplanışından çox şey gözləyir. Seçmə mərhələyə az qalıb, sentyabrda artıq ilk oyunlardır. Toplanışdakı hər üç oyundan qələbə gözləyirik. Çünki hər futbolçu meydançaya qələbə üçün çıxır. Gözəl oyun göstərib qalib gəlmək istəyirik. Lüksemburqla üzərindəki qələbə kimi qələbə lazım deyil. Həmin oyundan sonra Berti Foqts bizi yaxşı danladı” - deyə Şükürov bildirib.
