7 may 2010 14:46

Qızıl oyunu keçirməyə stadion yoxdur!

Xəzər Lənkəran bu həftə tarixində ikinci Azərbaycan çempionluğunu bayram edə bilər. Bunun üçün iki faktın qovuşması lazımdır: XL-in Quzanlıdan qələbə ilə dönməsi Bakı ilə İnterin isə heç-heçə oynaması. İstənilən başqa nəticə çempionunun adının müəyyənləşdirilməsi məsələsini bir tur da təxirə salacaq.

Azerisport.az xəbər verir ki, 18 illik Azərbaycan çempionatlarının tarixində 3-cü dəfə “Qızıl oyun”a müraciət edilməsi istisna deyil. Bu gün bunun ehtimalı olduqca yüksəkdir və nəinki “qızıl oyun”, hətta “qızıl mini-turnir”in baş tutması da mümkündür. Bunun üçün XL, İnter və Bakı 32-ci turdan sonra eyni miqdarda xal yığmalıdır.

Riyazi hesablamalara və şansların dəyərləndirilməsinə keçmək fikrimiz yoxdur. Bu yazının qayəsi başqadır; “qızıl oyun”a müraciət edilməsinin müəyyənləşəcəyi halda həmin matçın keçirilməsi mümkün olan stadionlar. Yadınızdadırsa, 2001-ci ildə Neftçi ilə Şəmkir (0:1) Sumqayıtda, 2005-ci ildə isə Neftçi ilə XL (2:1) Gəncədə qarşılaşmışdılar. Çempionatın reqlamenti də “xalların bərabər olacağı halda, çempionun neytral meydançada keçirilən əlavə oyundan müəyyənləşdiyini” bildirir. Deməli, XL-in bu görüşə “vəsiqə qazanacağını” nəzərə alıb Lənkəran stadionunu və onun rəqibinin Bakı və İnterdən biri olacağını fikirdə tutub paytaxt arenalarını istisna edək. Yerdə nə qalır? Gəlin, birlikdə baxaq.

Gəncə şəhər stadionu (tamaşaçı tutumu – 25 min).

Bir dəfə “Qızıl oyun”un məsuliyyətindən çıxmış və etiraf edək ki, başıuca çıxmış stadion. 2005-ci illə müqayisədə indi bu arenanın durumu daha yaxşıdır. Tamaşaçı tutumuna görə də ölkədə ikincidir. Yeganə mənfi cəhəti həm Bakıdan, həm də Lənkərandan uzaq olmasıdır. Hərçənd, 5 il əvvəl məsafə nə Neftçi, nə də XL azarkeşlərinə mane olmamışdı.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu (17 min)

Artıq köhnəlib və sıradan çıxıb. Bu arenaya müraciət edilməsinin yeganə səbəbi tamaşaçı tutumu amilidir. Yəni “Qızıl oyun”da anşlaqın yaşanacağına heç kəs şübhə etmir, buna görə matçı mümkün qədər daha çox tutumu olan arenada təşkil etmək gərəkdir. Amma digər başqa məqamlar Sumqayıtın əleyhinə işləyir. Şanlı tarixi olsa da, bu gün Mehdi Hüseynzadə adına stadion heç “Unibank” Premyer Liqasının tələblərinə cavab vermir. İnanmayanlar soyunub-geyinmə otaqlarına nəzər salsın.

Yevlax şəhər stadionu (8 min)

Şərait baxımından ölkənin ən yaxşı stadionlarından biridir. Amma tamaşaçı tutumunun az olması seçimdə öz rolunu oynaya bilər. Hər halda, 8 min “Qızıl oyun” üçün çox azdır.

Heydər Əliyev adına İmişli stadionu (8 min)

Yevlax barədə eyni sözləri bu arena barədə də demək olar.

Qısaca, Azərbaycanda az-çox abırlı vəziyyətdə olan stadionlara nəzər yetirdik və gördük ki, “Qızıl oyun”u bütün mənalarda ən yüksək səviyyədə təşkil etmək üçün stadionumuz yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.