7 may 2010 15:47
İnter bir neçə legionerlə yollarını ayırır
Mövsümün sonunu uğursuz keçirən İnter artıq bir neçə futbolçusu ilə yollarını ayırmağa qərar verib. Azerisport.az xəbər verir ki, sloveniyalı yarımmüdafiəçi Qoran Arnaut artıq klubu tərk edib. Bundan əlavə, mövsümboyu əsas heyətə düşəməkdə çətinlik çəkən belaruslu Vitali Ledenyov da İnterdə çıxış etməyəcək. Litvalı Pauilis Paknisin isə çempionat başa çatandan sonra “bankirlər”in sıralarını tərk edəcəyi dəqiqləşib.
