7 may 2010 15:55
Futbolun səviyyəsinə bir bax: Braziliya prezidenti FİFA-nın qərarını tənqid etdi (FOTO)
Braziliya prezidenti, Korintiansın azarkeşi olan Luis İnasio Lula da Silva sevimli komandasının Libertadores Kubokunun 1/8 finalında Flamenqoya iki oyunun cəminə görə (səfərdə 0:1, evdə 2:1) məğlub olub mübarizəni dayandırmasına üzülüb və FİFA-nın “səfər qolu” qaydasına tənqid atəşinə tutub.
“Mən başa düşə bilmirəm, niyə 2 top vurub 1 top buraxana komanda hansısa səfər qolunun azlığına görə mübarizəni dayandırır? Məncə, bu, ədalətsiz qərardır. Axı hər iki komanda 1 top fərqi ilə qələbə qazanıb!.. Korintiansın məğlubiyyətinə çox üzülürəm, amma hər bir azarkeş kimi növbəti oyunu gözləyirəm” – azerisport.az xəbər verir ki, Lula da Silvanın sözlərini Braziliya mətbuatı sitat gətirib.
