7 may 2010 16:34
Türkiyə yığmasının çalışdırıcısı dünyanın ən yaxşı üçüncü məşqçisidir
Türkiyə yığmasının baş məşqçisi Quus Hiddink Beynəxlaqn İdman Mətbuatı Assosiasiyasının versiyasına görə dünyanın üçüncü ən yaxşı futbol məşqçisi adını qazanıb. Azerisport.az xəbər verir ki, 96 ölkədən 200 peşəkar jurnalistin iştirak etdiyi səsvermədə birinci yeri İnterin məşqçisi Joze Mourinyo, ikinci yeri isə Ser Aleks Fergüson (Mançester Yunayted) tutub. İlk “beşlik”də italiyalılar – Fabio Kapello və Marçello Lippi də yer alıblar.
