7 may 2010 17:00
Çempion olacaqları təqdirdə İnterin futbolçuları 600 min avro mükafat alacaq
Bu mövsüm həm A seriyası, həm də ÇL-də qələbə şansını saxlayan, iki gün öncə isə İtaliya kubokunu qazanan İnterin futbolçuları hərəyə 600 min avro mükafat əldə edə bilərlər. Azerisport.az “La Gazzetta dello Sport” nəşrinə istinadla xəbər verir ki, klub rəhbərliyi futbolçulara məhz bu qədər mükafat vəd edib: 100 min İtaliya kubokunda, 200 min A seriyasında, 300 min isə ÇL-də qələbəyə görə.
