7 may 2010 18:49
Moldova ilə oyunun vaxtı dəqiqləşdi
21 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığma komandaları arasında mayın 27-də Kişinyovda keçiriləcək yoldaşlıq oyununun vaxtı müəyyənləşib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.
