7 may 2010 00:11

Sınıq-salxaq Premyer Liqa

“Unibank” Premyer Liqasının sonuna iki tur qalıb. Hələ nə çempionun, nə gümüş, nə də bürünc medalçının adı məlum olmayıb.

PFL bunu “altılıq” sisteminin “şübhəsiz müsbət effekti” və çempionatın bir addım irəliləməsi kimi qəbul etməsin. Azerisport.az xatırladır ki, ötən mövsümlə müqayisədə heç nə dəyişməyib. Elə keçən çempionatda da sona qədər 3 komanda arasında mübarizə gedirdi və çempionluğun taleyi rəsmən sonuncu turda həll edildi. Ümumiyyətlə, neçə komandanın medallar uğrunda mübarizə aparması hələ birinciliyin gərgin keçməsi və səviyyəsinin yüksək olması anlamına gəlmir. Ukraynada “qızıl”a cəmi iki real ənənəvi namizəd olur: Şaxtyor və Dinamo Kiyev. Bu o deməkdir Ukrayna çempionatı səviyyəsinə görə “Unibank” Premyer Liqasına uduzur?

Çempionatın əsl gücü onun ortabablarının, yəni aşkar liderlərlə aşkar autsayderlər arasında qərarlaşan kollektivlərin rəqabətədavamlılığında görünür. Gəlin, İngiltərəyə baxaq. Orada həm maliyyə imkanları, həm heyəti, həm də təşkilatçılığına görə aşkar lider “dördlük” var. Amma diqqət yetirin, Fulhem UEFA Avropa Liqasının finalında oynayır. Və əks nümunə: son illər İtaliya ortabablarının avrokuboklarda 1/16 və 1/8 finaldan uzağa gedə bilməməsi birbaşa olaraq, liderlərə təsir göstərir. Rəqabət olmayan yerdə inkişafdan danışmaq da yersizdir. A seriyasının əvvəlki illərlə geriləməsində əsas səbəblərdən biri də ortabab klubların “axsaması”dır. Əlbəttə, əks misal kimi İnterin ÇL-in finalına vəsiqə qazanmasını göstərib müəllifin başının xarab olması barədə dərin məzmunlu fikirlər irəli sürə bilərsiniz. Amma etiraf edək ki, bugünkü İnter “müəllif layihəsi”dir. Niyə Roberto Mançinin rəhbərliyi dövründə “neradzurri” bu cür nəticə göstərə bilmədi? Çünko Joze Mourinyo daha təcrübəli və həlledici qarşılaşmalarda daha çox “bişmiş” mütəxəssisdir.

Avropa ilə Azərbaycanı birbaşa mənada müqayisə etmək və hansısa dəqiq paralellər axtarmaq axmaqlıqdır. Avropada futbolu və idmanı tam başqa aspektdən qəbul edirlər. Bizim üçün futbol hansısa pullu şəxsin özünüifadə forması və ya ən yaxşı halda siyasi vasitədirsə, Avropada bu, sadəcə, oyundur. Milyonlara sevinc gətirən və bu sevincin əvəzində milyonlar qazanan bir oyun. Amma əslində,hər şey çox sadədir. Müqayisələr isə labüddür.

Məsələn, bu gün heç bir iddiası qalmayan Simurq və Olimpik-Şüvəlan kimi klubların çempionata nə xeyiri, nə zərəri var? Bu klubların rəhbərliyini qınamaq olmaz: reqlament elə qurulub ki, onların çempionatın son 1/3 hissəsində heç bir stimulu qalmayıb. Siz deyin, maksimum 7-ci yeri tutmaq şansı olan bir komanda mövsümün gedişində niyə əlavə 10 legioner saxlamalıdır? Niyə də onları yola salıb maliyyəyə qənaət etməsin? Amma belə olanda komandanın səviyyəsi aşağı düşür və nəticədə biz Simurq –OŞ, OŞ – Turan və s. kimi heç kimə lazım olmayan, heç bir maraq kəsb etməyən matçlarla üz-üzəyik.

Bütün bəlaların dərmanı çempionatın reqlamenti deyil. Lakin bu da problemlərə yol açan çoxsaylı səbəblərdəndir və bu səbəbləri bir-bir aradan qaldırmaq üçün biz futbolumuzu yenidən təşkil etməliyik. Əgər bir ölkənin futbolunun səviyyəsi onun güclü çempionatı və güclü milli komandası ilə ölçülürsə, həmin çempionatın və milli komandanın səviyyəsi klubların gücü ilə ölçülür. Vur-tut 12 komandasından 6-sı sınıq-salxaq olan ölkədən isə nə güclü çempionat, nə də güclü milli komandaya gözləməyə dəyər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.