8 may 2010 16:13

Azərbaycan çempionu ÇL-in qrup mərhələsinin iştirakçısı ilə görüşə bilər

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Azərbaycan çempionunun bu mərhələdə 17 mümkün rəqibindən 10-u məlumdur. Azerisport.az xəbər verir ki, bunlar artıq daxili çempionatda birinci yeri təmin etmiş, yaxud çempion olmuş Rusenborq (Norveç), Liteks (Bolqarıstan), Dinamo Zaqreb (Xorvatiya), BATE (Belarus), Şerif (Moldova), Omoniya (Cənubi Kipr), AİK (İsveç), Bohemians (İrlandiya), Ekranas (Litva) və Aktobedir (Qazaxıstan). Bu gün üçün digər 7 namizəd isə bunlardır: Hapoel Tel-Əviv (İsrail), Sparta (Çexiya), Zaltsburq (Avstriya), Partizan (Serbiya), Jilina (Slovakiya), Visla (Polşa), Debretsen (Macarıstan).

Qeyd edək ki, Macarıstan təmsilçisi son mövsümdə ÇL-in qrup mərhələsində mübarizə aparıb.

Onu da əlavə edək ki, Xəzər və İnter çempion olacaqları təqdirdə onlar “səpələnməmiş” kollektivlər arasında yer alacaqlar və püşkatma zamanı məhz yuxarıda adları çəkilən komandalardan biri ilə üz-üzə gələcəklər. Bakı və ya Qarabağın çempionluğu halında isə ikinci təsnifat mərhələsində HİK (Finlandiya), Levadiya (Estoniya), Metallurq Liepaya (Latviya), Hafnarfyordur (İslandiya), Olimpi (Gürcüstan), Pünik (Ermənistan), Koper (Sloveniya), Renova (Makedoniya), Dinamo Tirana (Albaniya), XB Torshavn (Farer adaları), Nyu Sents (Uels), Linfild (Şimaloi İrlandiya) komandalarımıza rəqib ola bilər. Bu klubların növbəti mövsüm ÇL-də iştirak edəcəyi və “səpələnməmişlər” sırasında yer alacağı dəqiqdir. Digər mümkün rəqiblər isə Santa-Koloma (Andorra), Birkirkara (Malta), Rudar (Çernoqoriya) və Jenessdir (Lüksemburq).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.