Premyer Liqada 44 tur olacaq?
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev “Unibank” Premyer Liqasının 2010-2011-ci il mövsümü üçün yeni format təklif edib. Azerisport.az Lent.az-a istinadla xəbər verir ki, veteran futbolçu açıqlamasında çempionatın 12 komandanın iştirakı ilə 4 dövrəli sistemlə təşkilinin gərəkliyini bildirib. Onun sözlərinə görə, milli çempionatda futbolçu 20-25 oyun keçirməməlidir: “Mənim şəxsi fikrim belədir ki, futbolçu il ərzində 50-60 oyuna çıxmalıdır. Məhz bu halda onlar yaxşı oyun praktikası qazanacaq, istedadlarını da lazımi səviyyədə nümayiş etdirəcəklər. Az oyuna çıxmaq isə çox pis haldır. Bu mövqeyimi İcraiyyə Komitəsinin martın 5-də keçirilmiş iclasında səsləndirmişəm. Bir çoxu da mənimlə razılaşıb”.
Qeyd edək ki, Tuayevin təklif etdiyi sistem reallaşacağı halda “Unibank” Premyer Liqası 44 turdan ibarət olacaq.
