8 may 2010 00:07
Azərbaycanı AÇ-2016-nın final mərhələsində gözləyin!
Azerisport.az-da daha bir sorğu başa çatıb.
Bir neçə gün ərzində “Azərbaycan yığması nəvaxt AÇ vəya DÇ-nin final mərhələsindəiştirak edəcək” sualını cavablandıran respondentlərin əksər hissəsi xüsusi nikbinliklə fərqlənməsə də, hər halda, onların 19%-i millimizi AÇ-2016-nın final mərhələsində görür. 12% bu ilin sentyabrında başlayacaq AÇ-2012-nin seçmələrində Berti Foqts və komandasının Almaniya ilə Türkiyədən birindən üstün olacağına inanır. 11% AÇ-2020-nin, 6% DÇ-2022-nin, 5% DÇ-2018-in, 4% isə DÇ-2014-ün adını çəkib.
Bədbinlərin sayı da az deyil. Məsələ, faiz etibarı ilə ikinci yeri (18%) “bunun üçün final mərhələsi Azərbaycanda keçirilməlidir” variantını seçib. 13% respondent nə millimizin qrup mərhələsini adlayacağına, nə də Azərbaycanın nə vaxtsa AÇ və ya DÇ-nin final mərhələsini qəbul edəcəyinə inanır. 6% yaxın 20 ildə komandamızdan uğur gözləmir. Qalan 6% üçün isə əsas məsələ qrupda sonuncu olmamaqdır.
