8 may 2010 00:30
Futbolçunu soydular və öldürdülər (FOTO)
Meksikanın Pumas Morelos komandasının müdafiəçisi Gilyermo Mesa öldürülüb. Azerisport.az AP agentliyinə istinadla xəbər verir ki, 21 yaşlı oyunçu səhər saatlarında öz avtomobili ilə hərəkət edərkən, qarətçilərin hücumuna məruz qalıb və başından güllə yarası alaraq, dünyasını dəyişib.
Qeyd edək ki, bu, artıq 2010-cu ildə Meksikada futbolçulara edilən üçüncü vəhşilik aktıdır. Buna qədər hücumlara məruz qalan Paraqvay yığmasının hücumçusu Salvador Kabanyas (şəkildə) və meksikalı oyunçu Xuan Karlos Silvanın bəxti gətirib və onlar sağ qalıblar.
