9 may 2010 22:31
Standard Premyer Liqanı tərk etdi
“Unibank” Premyer Liqasının bu gün keçirilən 31-ci turunun oyunlarından sonra ikinci uğursuzun adı məlum olub. Azerisport.az xəbər verir ki, evdə Karvan 6:0 hesabı ilə məğlub etməsinə baxmayaraq, Standard elə Yevlax klubu ilə birgə Premyer Liqanı tərk edib. Buna səbəb Muğanın paralel keçən görüşdə Simurqu məğlub etməsi (3:1), Turanın isə evdə OŞ-la heç-heçə (0:0) oynamasıdır.
